Finlandiyalı pilotu Valtteri Bottasın nümayəndələri “Cadillac” danışıqlar aparıb.
Olimpnews.az Formula 1 rəsmi saytının köşə yazarı Lourens Barrettonun məlumatına istinadən xəbər verir ki, Bottasın Amerika komandasının rəhbəri Qrem Loudonla tanışlığı var. Hazırda “Mercedes”in ehtiyat sürücüsü olan finlandiyalı pilot 2024-cü ilə qədər “Kick-Sauber”in dəbilqəsini geyinib. Qeyd edək ki, “Cadillac” gələn mövsüm Formula 1 yarışlarının 11-ci komandası kimi mübarizəyə başlayacaq.