Dördqat Formula 1 çempionu Maks Verstappenin sevgilisi Kelli Piket sosial şəbəkədəki səhifəsində yeni paylaşım edib. Olimpnews.az xəbər verir ki, yeni doğulmuş qızının - Lilinin bir neçə fotosunu orada yerləşdirib.
“Ürəyimin ikinci dəfə dünyanın ən heyrətamiz sevgisini yaşamasından bir aydan bir az artıq vaxt keçir. Bu qədər dərin məhəbbəti duymağın nə demək olduğunu sözlərlə ifadə etmək mümkün deyil. Ana olmaq mənə yenidən içimizdə yaşayan gözəlliyi, gücü və yumşaqlığı xatırlatdı. Məni seçdiyiniz üçün təşəkkür edirəm" – deyə Kelli yazıb.
Xatırladaq ki, Kellinin keçmiş Formula 1 pilotu rusiyalı Daniil Kvyat ilə münasibətdən Penelopa adlı bir qızı var.