Xəbər verdiyimiz kimi, Formula 1 2026-cı ilin təqvimini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, 24 raund arasında İmola Qran-prisinin adı siyahıdan kənarda qalıb. Buna görə İtaliyada, xüsusilə də İmolada azarkeşlər məyus olublar. Yerli hakimiyyət bu barədə əvvəlcədən xəbərdar olduqlarını bildiriblər.
"Biz bilirdik ki, İmola siyahıdan çıxacaq. Lakin son məqama qədər ümidli idik. Bu müddət ərzində möhtəşəm yarışlara ev sahibliyi etmişik", - deyə mer Marko Panieri bəyanatında vurğulayıb
Məlumat üçün bildirək ki, İmola dövrəsi 1980-2006-cı illərdə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib. 14 illik fasilədən sonra 2020-ci ildən 2025-ci ilə qədər orada daha beş Qran Pri keçirilib.