Avtomobillərin ümumi təqdimatı keçirilməyəcək -  Formula 1

Avtomobillərin ümumi təqdimatı keçirilməyəcək -  Formula 1

Formula 1 rəhbərliyi 2026-cı ildə avtomobillərin ümumi təqdimatını keçirməmək qərarına gəlib. Olimpnews.az Motorsporta istinadən xəbər verir ki, bu cür təqdimat sonuncu dəfə bu il Londonda çempionatın 75 illiyi münasibətilə keçirilib. Həmin vaxt tədbirdə bütün komandaların yeni avtomobilləri və geyimləri nümayiş olunub. Belə bir tədbirin geniş auditoriya tərəfindən izlənilməsinə baxmayaraq, komandalar və səhmdarlarla müzakirələrdən sonra Formula 1 rəhbərliyi qəti qərar verib.