Formula 1 üzrə «Sauber» komandasının sürücüsü Qabriel Bortoleto Monreala səfəri zamanı qarət olunub. Pilotun braziliyalı jurnalistlərə verdiyi məlumata görə, oğru onun avtomobilinə girərək əşyaları və sənədləri olan bel çantasını aparıb. Lakin sənədlərin bəziləri geri qaytarılıb. Qabriel Botorleto ikinci pasportla Kanadaya yola düşüb.
Pilotu qarət ediblər
