“Qrossmeyster” filmi çəkilir

“Qrossmeyster” filmi çəkilir


Hazırda ABŞ-da yaşayan azərbaycanlı rejissor, "Nə? Harada? Nə zaman?” klubunun üzvü kimi məşhurlaşan Araz Məmmədov "Qrosmeyster” adlı film çəkir. Film Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr edilib.
Filmdə söhbət özündən müştəbehliyinə və xudbinliyinə görə cəzalandırılan şahmata vurğun biznesmendən gedəcək.
Vüqar Həşimov filmin məsləhətçisi idi. O, şahmat kombinasiyaları və internetdə reytinqli şahmat portalları məsələlərinə (şahmat oyunu saytları) dair məsləhətlər verirdi. Süjetə görə, filmdə internet şəbəkəsində şahmat oyunu epizodları olacaq. Yeri gəlmişkən, Azərbaycan rejissorunun həm birinci, həm də ikinci filmini vahid mövzu birləşdirir.
Kinofilmə ABŞ Aktyorlar Gildiyasının peşəkar aktyorları cəlb olunacaq. Baş rolda isə Stüart Skot çəkiləcək. Azərbaycan rejissorun şahmat kombinasiyaları məsələlərində məsləhətləşmək üçün Vüqar Həşimovu seçməsi məsələsinə gəldikdə isə Araz Məmmədovun dediyinə görə, Vüqar dünyanın ən güclü şahmatçılarından biri, Azərbaycanın isə ən istedadlı şahmatçısı idi.
Qeyd edək ki, bu, Araz Məmmədovun ilk filmi deyildir. Onun "Sonsuzluq” ("Eternity”) adlı ilk qısametrajlı filminin premyerası Los-Anceles kinoteatrlarından birində olmuşdur.