Hollandiyalılar Soçidə heç kəsə aman vermədilər

Hollandiyalılar Soçidə heç kəsə aman vermədilər


XXII Soçi Qış Olimpiya Oyunlarında konki üzrə 500 metr məsafəyə yarışlarda hər üç medala Hollandiya təmsilçiləri sahib olublar.
İki yürüşün nəticəsinə görə, bu məsafəni 69.31 saniyəyə qət edən Mixel Myulder Olimpiya çempionu adını qazanıb. Onun əkiz qardaşı Ronald Myulder isə bürünc medala sahib olub. Digər hollandiyalı idmançı Yan Smeekens isə yarışların gümüş medalına yiyələnib.