"Aston Martin" "Mercedes"in pilotunu istəyir

"Aston Martin" "Mercedes"in pilotunu istəyir

"Mercedes"in pilotu Corc Rassel karyerasını "Aston Martin"də davam etdirə bilər. 

Olimpnews.az xəbər verir ki, "Motorsport”un verdiyi məlumata görə "Aston Martin" 2026-cı il üçün nəzərdə tutulan avtomobilinə böyük ümidlər bəsləyir. Avtomobili hazırlayan dizayner Adrian Newey Corcu onu idarə edə biləcək əla namizəd hesab edir.

Qeyd edək ki, Rasselin "Mercedes"lə hazırkı müqaviləsi ilin sonunda başa çatır.