Beynəlxalq Cüdo Federasiyası Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Yarışda ilk görüşdə uduzan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) iyirminci pillədə qərarlaşıb. Xatırladaq ki, idmançımız bundan əvvəl 14-cu olub. İlqar Müşkiyev (60 kq) on üçüncü pillədəki mövqeyini qoruyub . Kifayət Qasımova (57 kq) on beşinci olub. Rüstəm Orucov (73 kq) və Tərlan Kərimov (66 kq) on səkkizinci yeri tutublar. Nicat Şıxəlizadə üç pilə irəliləyərək 21-ci olub. Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) müvafiq olaraq, 25 və 30-cu yerləri tutublar. Təcrübəli cüdoçumuz Elxan Məmmədov isə 28-ci yerlə kifayətlənib.