Beşqat Olimpiya çempionu marafonda yarışıb

Beşqat Olimpiya çempionu marafonda yarışıb

Beşqat Olimpiya çempionu Yohannes Boe Norveçdə keçirilən 42 km-lik kross yarışında iştirak edib.

Olimpnews.az xəbər verir ki, marafon iştirakçıları Şuşendən Lillehammerə qədər yol qət ediblər. Boe məsafəni 3 saat 28 dəqiqə 43 saniyəyə qət edərək finişə 13-cü çatıb. "Çox güman ki, bu, mənim ilk və son marafonumdur. Amma qürur duyuram ki, yarışa çıxdım. Birinci hissədə özümü əla hiss etdim və növbəti marafon haqqında düşündüm. Sonra isə fikirimi dəyişdim", - deyə norveçli biatlonçu sosial şəbəkələrdə yazıb.

Məlumat üçün bildirək ki, 32 yaşlı Boe 2024/25 mövsümünün sonunda peşəkar karyerasını başa vurub. O, 23 qat dünya çempionu və 5 qat Dünya Kubokunun qalibidir. O, şəxsi qələbələrinin sayına (91) görə biatlon tarixində ikincidir.