Hemilton podiuma həsrət qalıb - Araşdırma

Hemilton podiuma həsrət qalıb - Araşdırma

"Ferrari"nin pilotu Lyuis Hemilton bütün karyerası ərzində ilk dəfədir ki, cari mövsümə uğursuz başlayıb. Olimpnews.az xəbər verir ki, Racingnews365 bu barədə geniş araşdırma aparıb. Araşdırmalara görə, yeddiqat dünya çempionu mövsümün ilk 10 yarışında bir dəfə də podiumda yer almayıb. Onun bu günə qədər ən yaxşı nəticəsi Emilia Romano Qran Prisində dördüncü yer tutmasıdır.

Britaniyalı pilot şəxsi hesabındakı 79 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, Formula 1 üzrə növbəti mərhələ iyunun 27-dən 29-dək Avstriyada "Red Bull Ring" arenasında keçiriləcək.