Yer dəyişsə də, əmsal dəyişmədi

Yer dəyişsə də, əmsal dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün tərtib etdiyi yeni reytinq cədvəlini açıqlayıb. Ənənəvi olaraq müxtəlif kateqoriyalar üzrə reytinq cədvəlində Azərbaycan şahmatçıları da yer alıblar.
Qrossmeysterimiz Şəhriyar Məmmədyarov (2757) əmsalını toxunulmaz saxlasa da, yeri dəyişib. O, 13 ən güclü şahmatçıdan biridir. Teymur Rəcəbov isə əvvəlki kimi 34-cü pillədədir. Yığmamızın digər bir üzvü Rauf Məmmədov isə iki pilə geriləyərək, 87-ci yerdə qərarlaşıb.
Ermənistanlı Levon Aronyanın zirvəyə doğru yürüşü davam edir. Ötən aya nisbətən bu dəfə o, iknici pilləni qorumaq şərtilə əmsalını 14 xal artırıb.
Lakin Norveçli dünya çempionu Maqnus Karlsenə çatmaq üçün bu, azdır. Rusiyalı Vladimir Kramnik ötən ay amerikalı Hikaru Nakamuraya təhvil verdiyi üçüncü yeri yenidən özünə qaytarıb.
Oğlan şahmatçıların reytinq cədvəlində yenə də üç şahmatçımızın adı var. Nicat Abbasov siyahıda bir pilə irəliləyib. 30-cu yerdə olan şahmatçımız reytinq əmsalı dəyişməyib- 2517. Ülvi Bacarani (2504) yaşıdları arasında 38-ci yerdədir. Zaur Məmmədov da rəqiblərini xeyli qabaqlayıb.Əmsalını 2448-ə çatdıran gənc şahmatçımız cədvəldə 9 pillə irəliləyərək, 69-cu pillədə yer alıb. Qadınların fevral ayı üçün reytinq siyahısında Səbinə İbrahimova (2232) 34-cü, Nərmin Xələfova (2171) isə 57-cidir. Kişilərdən ibarət yığma komandamız 13-cü pillədəki yerini dəyişməyib - 2624. Qadınlardan ibarət yığmamız (2240) da ötən ay olduğu kimi "ilk 22-lik”də qərarlaşıb.

Ən güclü kişi şahmatçılar

Ad Ölkə Yanvar Fevral

1. Maqnus Karlsen Norveç 2872 2872
2. Levon Aronyan Ermənistan 2812 2826
3. Vladimir Kramnik Rusiya 2787 2787
4. Veselin Topalov Bolqarıstan 2785 2785
5. Fabiano Karuana İtaliya 2782 2785
6. Aleksandr Qrişuk Rusiya 2777 2777
7. Hikaru Nakamura ABŞ 2789 2776
8. Vişvanatan Anand Hindistan 2773 2773
9. Sergey Karyakin Rusiya 2759 2766
10. Boris Gelfand İsrail 2777 2761
11. Pyotr Svidler Rusiya 2758 2758
12. Lenyer Dominqes Kuba 2754 2757
13. Şəhriyar Məmmədyarov Azərbaycan 2757 2757
14. Maykl Adams İngiltərə 2754 2754
15. Aniş Qiri Hollandiya 2734 2746
16. Maksim Vaşye-Laqrav Fransa 2745 2745
17. Vasili İvançuk Ukrayna 2739 2739
18. So Uesli Filippin 2719 2738
19. Etyen Bakro Fransa 2738 2738
20. Nikita Vityuqov Rusiya 2737 2737
...34. Teymur Rəcəbov Azərbaycan 2713 2713
...87. Rauf Məmmədov Azərbaycan 2659 2659