Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu, ukraynalı Oleksandr Usik britaniyalı rəqibi Tayson Fyurini indiyə qədər döyüşdüyü ən çətin rəqiblərdən biri hesab edir.
“Karyeram ərzində çətin döyüşlərim çox olub. Mənim əsas rəqibim Tayson Fyuri idi. Ondan sonra Entoni Coşua və Daniel Dyuboanı qeyd edə bilərəm”, - deyə 38 yaşlı Usik «Quennsberry Promotions»un mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.
Məlumat üçün bildirək ki, Usık 2013-cü ildə peşəkar boksçu kimi debüt edib. Ukraynalı idmançının aktivində 23 qələbə var ki, onlardan 14-ü nokautla başa çatıb. London-2012 Yay Olimpiya Oyunlarının çempionu hələ ki, rinqdə məğlubiyyətlə üzləşməyib.