Hollivud aktyoru Bred Pitt Formula 1 bolidinin sükanı arxasına keçmək fürsətini qazanıb. Olimpnews.az Racingnews365-in məlumatına istinadən xəbər verir ki, Britaniyanın "McLaren" komandası ona 2023-cü il istehsalı olan MCL60 avtomobili təqdim edib. Aktyor həmin bolidi Ostin trasında idarə edəcək.
Xatırladaq ki, Pittin baş rolda çəkildiyi “Formula 1” bədii filminin dünya premyerası iyunun 23-də olacaq.