"Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli məktəb məzunu olub.
Olimpnews.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Andrea Kimi Antonellinin 18 yaşı var. O, 2025-ci ildə Almaniyanın “Mercedes” komandası ilə Formula 1-də debüt edib. Kanada Qran Prisində italyalı üçüncü yeri tutaraq, “Red Bull”dan dördqat dünya çempionu Maks Ferstappen və britaniyalı komanda yoldaşı Corc Rasselə uduzub.