İyulun 8-də Bukingemşirdə yerləşən Kliveden sarayında keçiriləcək “RM Sothebys” hərracında məşhur teleaparıcı Ceremi Klarksonun 1996-cı ildə aldığı “Ferrari” F355 GTS avtomobili satışa çıxarılacaq.
Olimpnews.az xəbər verir ki, Lotun gözlənilən qiyməti 180-220 min funt sterlinqdir (245-300 min dollar). Ferrari F355 1994-cü ildə təqdim edilib. Avtomobil 279 kVt (380 at gücü) gücündə 3,5 litrlik V8 mühərriki ilə təchiz edilib. O, 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 295 km/saat sürətə çata bilir.
Xatırladaq ki, Ceremi Klarkson BBC prodüserləri ilə münaqişədən sonra tərk etdiyi “Top Gear” avtoşousunun aparıcısı kimi məşhurlaşıb.