Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1-də cəzaların necə tətbiq olunduğunu ətraflı izah edən sənədləri dərc edib.
Olimpnews.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədlərin ictimaiyyətə təqdim edilməsi qərarı hakimlərin tətbiq etdiyi cəzaları daha dərindən başa düşmək, habelə FİA-nın fəaliyyətini daha şəffaf etmək məqsədilə qəbul edilib.
"FIA stüardları təkcə Formula 1-də deyil, bütün yarışlarda çətin işin öhtəsindən gəlirlər. Onlar bunu könüllü, böyük həvəslə yerinə yetirirlər. Bu cür fədakarlıq isə çox vaxt sərt və tamamilə əsassız tənqidlərlə qarşılanır. Onların öz rollarını yerinə yetirərkən ciddiliyini nümayiş etdirmək üçün biz bu gün onlara sürücülük qaydaları və cəza qərarları qəbul etmələrinə kömək edən təlimatları dərc edirik. Bu, azarkeşlərə və media mənsublarına Formula 1-də qərarların necə qəbul edildiyini daha dərindən və daha dəqiq başa düşməyə imkan verəcək”, - deyə təşkilatın prezidenti Məhəmməd bin Sulayem bildirib.