“Mercedes” komandasının pilotları Corc Rassel və Andrea Kimi Antonelli “Mercedes-AMG”nin yeni innovativ konsept avtomobilini təqdim ediblər.
Olimpnews.az xəbər verir ki, avtomobildə ümumi gücü meqavatdan (1360 at gücündə) və maksimal sürəti 360 km/saatdan çox olan üç elektrik mühərriki var. Həmçinin Formula 1-də işlənib, hazırlanmış texnologiyalardan istifadə edilməklə qabaqcıl akkumulyatorlarla təchiz edilib. Mühəndislərin fikrincə, beş dəqiqəlik enerji doldurma təxminən 400 km yol qət etmək üçün kifayət edəcək.