Mərhum qrossmeysterimizin xatirəsi yad ediləcək

Mərhum qrossmeysterimizin xatirəsi yad ediləcək


Fevralın 15-də Gəncədə dünya şöhrətli beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat üzrə turnir keçiriləcək. İki gün davam edəcək turnirdə 200-ə yaxın şahmatçı "A”, "B” və "C” qrupları üzrə yarışacaq. Hər qrup üzrə oğlanların və qızların mübarizəsində qaliblər medal, diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Yarışın baş hakimi respublika dərəcəli hakim Mürsəl Məmmədov olacaq.