"Yuventus" bir milyon avroya görə "ilişib qaldı" 

"Yuventus" bir milyon avroya görə "ilişib qaldı" 

İtaliyanın "Yuventus" klubunun rəhbərliyi Frankisko Konseisao  transferi üçün "Porto" ilə dil tapmaq bilmir. 
Olimpnews.az xəbər verir ki, "Qoca sinyora" oyunçu üçün icarə + 27 milyon avroluq satınalma bəndi dəyərində rəsmi təklif yollasa da "Porto" klubunun rəhbərliyi bu təklifi rədd edib. 
Portuqaliyalılar futbolçunu icarəyə göndərmək deyil, birbaşa satmağı üstün tutur. 
 Onlar bunun üçün Turin təmsilçisindən 28 milyon avro tələb edirlər.