İspaniyanın "Betis" və "Sevilya" klubları "Barselona"nın cinah oyunçusu Pau Viktor ilə yaxından maraqlanır.
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün sərfəli təklif gələcəyi halda oyunçunun gedişinə icazə verəcək.
Hazırda "Barselona" ilə daha yaxşı münasibətləri olan "Əndəlus" təmsilçisi futbolçunu transfer etməyə daha yaxın görünür.
Qeyd edək ki, ispaniyalı futbolçunun transfermarketdə dəyəri 4 milyon avrodur.
"Sevilya" və "Betis" "Barselona"nın gənc futbolçusu üçün mübarizə aparır
jpg-1751399113.jpg)