Tayson "Trilogiya"nın vaxtını açıqlayıb

Tayson "Trilogiya"nın vaxtını açıqlayıb

Böyük britaniyalı keçmiş dünya çempionu Tayson Fyuri ukraynalı Aleksandr Usiklə üçüncü döyüşünün vaxtını açıqlayıb. 

Olimpnews.az xəbər verir ki, O, sosial şəbəkədə bu sözləri yazıb: "18 aprel 2026-cı il, Uembli Stadionu. Trilogiya".

Qeyd edək ki, Fyuri və Usik arasında ilk döyüş 2024-cü ilin mayında keçirilib. Həmin görüşdə ukraynalı boksçu qalib gəlib. Dekabr ayında revanş görüşündə də Usik yekdil qərarla rinqi qalib kimi tərk edib. Qeyd edək ki, Usik iyulun 19-da Londonda ukraynalı britaniyalı Daniel Dübua ilə çempionluq titulunu qorumağa çalışacaq.