"Qoca sinyora" "Real"ın məğlubiyyətinə görə mükafat vəd etdi

"Qoca sinyora" "Real"ın məğlubiyyətinə görə mükafat vəd etdi

İtaliyanın "Yuventus" klubu ABŞ-da keçirilən klublararası dünya çempionatında sabah dördüncü oyununu keçirəcək. 
Olimpnews.az xəbər verir ki, G qrupunda 6 xalla ikinci yeri tutaraq pley-offa yüksələn Turin təmsilçisi 1/8 finalda Madridin "Real" klubu ilə qarşılaşacaq. "Qoca sinyora" "Real" klubunu məğlub edərək 1/4 finala yüksələcəyi təqdirdə futbolçulara böyük mükafat vəd edib. Belə ki, klub rəhbərliyi ümumilikdə 1 milyon avro (hər futbolçuya təxminən 30 min avro) bonus söz verib.
Qeyd edək ki, "Real" və "Yuventus" komandaları bu günə qədər rəsmi turnirlərdə 21 dəfə üz-üzə gəlib. Bu oyunların doqquzunda İtaliya nəhəngi, onunda isə "Kral klubu" qələbəyə sevinib. İki görüşdə isə qalib müəyyənləşməyib.  
İlk dəfə avrokuboklardan kənarda baş tutacaq komandaların budəfəki rəsmi oyunu iyulun 1-də ABŞ-ın Florida ştatının Mayami Qardens şəhərindəki "Hard Rok" stadionunda keçiriləcək. Polşalı Şimon Marsinyakın idarə edəcəyi oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.