"Beşiktaş"ın futbolçusu İtaliya klubu ilə razılığa gəldi

"Beşiktaş"ın futbolçusu İtaliya klubu ilə razılığa gəldi

İtaliyalı futbolçusu Ciro Immobile karyerasını yenidən İtaliya A Seriyasında davam etdirəcək. 
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 2024-25 mövsümünü "Beşiktaş"da keçirən futbolçu klubla müqaviləsinə xitam verərək Vətəninə yollanacaq. O, yeni mövsümdən etibarən "Bolonya" komandasının uğurları üçün çalışacaq. 35 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq.