Böyük Britaniya Qran-prisi: Ferstappen sıralama turunda birinci oldu 

Böyük Britaniya Qran-prisi: Ferstappen sıralama turunda birinci oldu 

Formula 1 üzrə dünya çempionatının 12-ci mərhələsi olan Böyük Britaniya Qran-Prisi öncəsi sıralama yürüşləri keçirilib. 

Olimpnews.az xəbər verir ki, yarış öncəsi keçirilən sıralama mərhələsində ən sürətli nəticəni “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen göstərib. Northamptonşir qraflığında yerləşən və 5,89 kilometr uzunluğa malik Silverstoun avtodromunda keçirilən sessiyada Ferstappen 1 dəqiqə 24.892 saniyəlik nəticə ilə “ poul-pozisiyası" əldə edib.

İkinci yerin sahibi 0.103 saniyə fərqlə “McLaren”in avstraliyalı pilotu Oskar Piastri olub. Onun komanda yoldaşı, britaniyalı Lando Norris isə cəmi 0.118 saniyə geridə qalaraq sıralama turunu üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Böyük Britaniya Qran-Prisi iyulun 6-da, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Pilotlar 52 dövrəlik məsafəni qət edəcəklər.