Belarusun paytaxtı Minskdə David Bronşteynin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq şahmat festivalı start götürüb. 20-dən artıq ölkənin 225 şahmatçısından "A” qrupunda 148-i (69-u beynəlxalq qrossmeyster), "B” qrupunda 104-ü mübarizə aparır.
İlk turda "A” qrupunda mübarizə aparan Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli və Nicat Abbasov qələbə qazanıblar. Gülnar Məmmədova, Vüqar Rəsulov və Günay Məmmədzadə heç-heçə oynayıblar. "B” qrupunda isə Rəvan Əliyev, Nərmin Söyünlü və Niyazi Nağdıyev rəqiblərindən üstün olublar. Nail Bəşirli isə 0,5 xal toplayıb.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarət olacaq.