Məşhur şirkət Formula 1-lə əməkdaşlığını genişləndirir

Məşhur şirkət Formula 1-lə əməkdaşlığını genişləndirir

“Apple” şirkəti Formula 1-i ABŞ-da yayımlamaq üçün danışıqlara başlayıb. 

Olimpnews.az financial Timesa istinadən xəbər verir ki, Bred Pittin baş rolda çəkildiyi "Formula 1" filminin kommersiya uğurundan sonra şirkətin bu sahəyə marağı artıb. ABŞ-dakı yayım hüququ hazırda ESPN telekanalına məxsusdur ki, bu razılaşma da gələn il başa çatır. Məlumat üçün bildirək ki, "Apple" 10 gün ərzində "Formula 1" filmindən 293 milyon dollar qazanc əldə edib. Buna qədər rekord baş rolu Xoakin Feniksin canlandırdığı rejissor Ridli Skottun “Napoleon” epik tarixi filminə məxsus idi.