Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasının açılış mərasimi davam edir.
Duysburqdakı "Şauinsland-Rayzen-Arena"da təşkil olunan tədbirdə iştirakçı ölkələrin paradı olub.
Azərbaycan nümayəndə heyəti paraddan altıncı keçib. Komandamızın bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar.
Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur. Yarış iyulun 27-dək davam edəcək.