Skopye-2025-də iştirak edəcək üzgüçülərimiz müəyyənləşdi

Skopye-2025-də iştirak edəcək üzgüçülərimiz müəyyənləşdi

Şimali Makedoniyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək üzgüçülər müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, komandamız Skopye-2025-in üzgüçülük yarışlarında 5 (3 oğlan, 2 qız) idmançı ilə təmsil olunacaq. Komandamızın heyətində oğlanlar arasında Amin Oruclu, Fərhad Şirməmmədli, Ramal Sadıqlı, qızların mübarizəsində isə Mehri Əbdürrəhmanlı və Vlastilina Xasyanova yer alıb. 
Təmsilçilərimiz mübarizəyə iyulun 21-də başlayacaqlar. 
Üzgüçülük yarışlarının ilk günündə - iyulun 21-də Mehri Əbdürrəhmanlı - "butterfly" üsulu ilə 200 metr məsafəyə, Fərhad Şirməmmədli və Ramal Sadıqlı isə sərbəst üsul ilə 400 metr məsafəyə yarışlarda mübarizə aparacaq. 
Növbəti yarış günündə Ramal Sadıqlı səbrəst üsulla 100 metr, Fərhad Şirməmmədli və Amin Oruclu isə sərbəst üsulla 1500 metr məsafəyə yarışlarda bacarığını nümayiş etdirəcək. 
İyulun 23-də Vlastilina Xasyanova səbrəst üsulla 200 metr, həmçinin
sərbəst üsulla 200 metr, "butterfly" üsul ilə 100 metr məsafəyə yarışlarda medallar uğrunda mübarizə aparacaq. 
İyulun 24-də Vlastilina Xasyanova, Mehri Əbdürrəhmanlı arxasıüstə üsul ilə 100 metr, Amin Oruclu isə arxası üstə üsul ilə 100 metr, Fərhad Şirməmmədli, Ramal Sadıqlı isə sərbəst üsul ilə 200 metr məsafəyə yarışda çıxış edəcək.  
İyulun 25-də isə Vlastilina Xasyanova, Mehri Əbdürrəhmanlı - sərbəst üsul ilə 50 metr, Amin Oruclu isə qarışıq üsul ilə 400 metr məsafə üzrə yarışlarda medallar uğrunda mübarizə aparacaq. 
Qeyd edək ki, üzgüçülük yarışları “Centar” Olimpiya üzgüçülük hovuzunda keçiriləcək.