“Aston Martin” səhmlərini satır  

“Aston Martin” səhmlərini satır  

“Aston Martin” Formula 1 komandasındakı səhm payını satmağa qərar verib. Lakin uzunmüddətli brendinq müqaviləsi vasitəsilə kommersiya münasibətləri isə qalacaq.

Olimpnews.az-ın PlanetF1-ə istinadən verdiyi xəbərə görə, “Bloomberg”də səhmlərin satışı 2,4 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Bununla belə, “Aston Martin”in baş direktoru Adrian Hallmark sövdələşmənin hələ tamamlanmadığını bildirib. Qeyd olunur ki, kommersiya əlaqələrinin saxlanması komandanın bu ad altında Formula 1-də yarışmağa davam edəcəyinə bir işarədir.