Yardımlı rayonunda “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə atletika idman növü üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı İdman Kompleksində təşkil olunan turnirdə 36 idmançı qüvvəsini sınayıb. Yarışda ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunub.
Yeniyetmə və gənclərin idmana marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olmaq, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili ilə bağlı olan turnir rayon sakinləri tərəfindən maraqla qarşılanıb.