"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib

"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərdəki Akademik Zərifə Əliyeva küçəsində yerləşən “Sağlam məhəllə” idman zonasında "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib.

Olimpnews.az xəbər verir ki, tədbir çərçivəsində ağırlıqqaldırma, boks, voleybol, basketbol, futbol, kəndirlə mübarizə və atletika idman növləri üzrə nümunəvi çıxışlar daha maraqlı alınıb. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirməsi olub.
Qeyd edək ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin kollektivi və rayon sakinləri iştirak ediblər.