"Milan" növbəti transferini rəsmiləşdirdi

"Milan" növbəti transferini rəsmiləşdirdi

İtaliyanın "Milan" klubu növbəti transferini rəsmiləşdirib. 
Olimpnews.az xəbər verir ki, "rossonerilər" Brügge klubunun dayaq yarımmüdafiəçisi Ardon Yaşarini heyətinə cəlb edib. "Milan" klubu 23 yaşlı futbolçu üçün "Brugge"yə 36 milyon avro ödəyəcək.