“Qarabağ" futbol klubunun keçmiş sabiq futbolçusu Yassin Benzianın yeni klubunun adına aydınlıq gəlib.
Əlcəzairli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasında davam etdirəcək. 30 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.
2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinən Yassin Benzia yay fasiləsində komandadan ayrılıb.