"Başqalarının geyimim haqqında dedikləri mənə maraqlı deyil"

"Başqalarının geyimim haqqında dedikləri mənə maraqlı deyil"

NBA-nın beşqat çempionu Dennis Rodman ekstravaqant imici baradə ona ünvanlanan sualı cavablandırıb.

Olimpnews.az xəbər verir ki, futbolçu qeyd edib ki, bu tərzi Çiakaqoda olarakən seçib. "1993-cü ildə hər şey adi idi. Nəsə bir yenilik axtarırdım. Tamamilə dəyişdim və pis oğlan oldum. Başqası olmağa çalışırdım və nail oldum. Başqalarının geyimim haqqında dedikləri mənə maraqlı deyil", - deyə Rodman “Çikaqo Bulls”un mətbuat xidməti tərəfindən paylaşılan videoda vurğulayıb.

Qeyd edək ki, mükəmməl basketbol bacarıqlarından əlavə olaraq, Rodman parlaq tərzi ilə tanınırdı. Basketbolçu tez-tez saç rəngini dəyişir, parlaq və qeyri-adi paltarlardan istifadə edir.