Masalıda idmanın kütlə arasında genış yayılması, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə “İdman hamı üçün” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Olimpnews.az xəbər verir ki, açıq havada təşkil olunan kütləvi idman tədbiri daha yadda qalan olub. Masallı şəhəri Nizami Gəncəvi adına xatirə parkında 50 nəfər idmançının və 60 nəfərə yaxın şəhər sakinin iştirakı ilə təşkil edilən tədbirdə taekvondo, boks, sərbəst və yunan-Roma güləşi idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində təşkil olunub.