Başı mərcə qarışdı, övladını itirdi

Başı mərcə qarışdı, övladını itirdi

Amerikalı məşhur blogger Emili Kayserin həyat yoldaşı Bredi Kayserin üç yaşlı oğlu hovuzda boğulub. 
Olimpnews.az xəbər verir ki, NBC-nin istinad etdiyi Çandler polisinin hesabatına görə, hadisə Bredi NBA pley-off oyununa mərc etdiyini vaxtda baş verib. Məlumata görə, müşahidə kameraları uşağın ən azı doqquz dəqiqə nəzarətsiz, təxminən 7 dəqiqə suda qalmasını qeydə alıb.
Uşağın şişmə stulla oynayarkən ayağı büdrədikdən sonra suya düşdüyü də iddia edilir. Kayzerin telefonunun təhlili göstərdi ki, o, həmin dövrdə "Boston Seltiks"in oyunçusu Ceyson Tatuma 40-dan çox xal toplamaq üçün 25 dollarlıq mərc qoyub. Mərc ona 102,50 dollar qazandırıb. 
Qeyd edək ki, uşaq 6 gün sonra xəstəxanada dünyasını dəyişib.