Hemiltonun restoranları iflasa uğrayır

Hemiltonun restoranları iflasa uğrayır

Yeddiqat Formula 1 çempionu Lyuis Hemiltonun həmtəsisçisi olduğu «Neat Burger» restoranlar şəbəkəsi iflasa uğramaq təhlükəsi ilə üzləşib.  Olimpnews.az QSR Media portalının yaydığı məlumata istinadən xəbər verir ki, əsas diqqəti vegeterianlar üçün qidalara yönəldən şəbəkə 6 il əvvəl Hollivud super ulduzu Leonardo Di Kaprionun dəstəyi ilə açılıb. Londonda (Böyük Britaniya), Milanda (İtaliya) və Nyu-Yorkda (ABŞ) bir neçə restoran açılıb.
Şirkət son bir neçə ildə böyük maliyyə çətinliyi ilə üzləşib. 2022-ci ildə 7,9 milyon funt sterlinq (təxminən 10,6 milyon dollar) ziyanla işləyən şirkət 2023-cü ildə İngiltərədəki restoranlarının yarısının bağlandığını elan etmişdi.