Amerikanın məşhur döyüş təşkilatçısı olan PFL oktyabrın 3-də Dubayda (BƏƏ) keçiriləcək turnirin anonsunu verib.
Olimpnews.az xəbər verir ki, əsas döyüşdə yüngül çəkidə çempion (70 kq-a qədər) olan rusiyalı Usman Nurməhəmmədov irlandiyalı Pol Hyuzla revanş döyüşü keçirəcək.
Xatırladaq ki, tərfələr arasında ilk görüş yanvar ayında təşkil edilib. Beş raunddan sonra hakimlərin səs çoxluğu ilə Nurməhəmmədov döyüşün qalibi elan edilib.
Revanşın ünvanı dəyişmədi
