Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazanıb

Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazanıb

Kikboksinq üzrə Azərbaycan millisinin üzvü Amin Quliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıb.

Nazirliyin mətbuat xidmətindən Olimpnews.az-a bildirilib ki, 63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 4 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) mükafatçılar sırasında yer alıblar.