Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri maraqlı anlarla yadda qalıb.
Olimpnews.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Astara Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirində sərbəst güləş, qadın güləşi, futbol, voleybol və stolüstü tennis idman növləri üzrə göstərilən nümunəvi çıxışlar maraqla qarşılanıb.
Tədbirdə məşqçi-müəllimlər Loğman Ağayev, Nizami Axundov fəal iştirak ediblər.