Masallıda kütləvi idman tədbiri keçirilib 

Masallıda kütləvi idman tədbiri keçirilib 

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo, boks, voleybol, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib. 
Olimpnews.az xəbər verir ki, rayon sakinləri tərəfindən böyük maraqla qarşılanan tədbirin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsindən ibarət olub.
Kütləvi idman tədbirində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun, həmçinin idarənin nəzdində Masallı rayon UGİM-in kollektivi və rayon sakinləri iştirak ediblər.