Amerikalı keçmiş UFC çempionu Lyuk Rokhold peşəkar döyüş karyerasını bitirmək qərarına gəlib. "Artıq 40 yaşım var. Zərbələrə dözə bilmirəm. Gələcəyimi daha yaxışı yaşamaq istəyirəm. Bu idmanda çox şey əldə etmişəm", - deyə Rokhold jurnalist Ariel Helvaninin podkastında vurğulayıb.
Məlumat üçün bildirək ki, Lyuk Rokholdun peşəkar döyüşlərə 2007-ci ildə qoşulub. Onun aktivində 16 qələbə və 6 məğlubiyyət var.
"Zərbələrə dözə bilmirəm" - UFC çempionu
