Bronşteyn memorialının yekun turunda iki qrossmeysterimiz qarşılaşacaq

Bronşteyn memorialının yekun turunda iki qrossmeysterimiz qarşılaşacaq


Minskdə tanınmış qrossmeyster David Bronşteynin anadan olmasının 90 illiyinə həsr edilmiş turnir keçirilir. Yarışın yekun turundan əvvəl 8 mümkün xaldan 6,5 xal toplayan gürcü Baadur Cobava liderlik edir. Azərbaycan qrossmeysterləri Rauf Məmmədov, Eltac Səfərli və Vüqar Rəsulov liderdən 1 xal geri qalan 17 oyunçu sırasındadır. Vasif Durarbəyli və Nicat Abbasov hərəyə 4,5 xal toplayıb.
İsveçrə sistemi üzrə keçirilən və 9 turda ibarət olan yarışların son turunda Rauf Məmmədov Ukrayna şahmatçısı Yuri Kuzubov ilə üz-üzə gələcək.
Püşkatmanın nəticələrinə görə, Eltac Səfərlinin rəqibi isə Vüqar Rəsulov olacaq.