Ötən həftə sonu başa çatan İtaliya Qran-Prisi Formula 1 tarixində ən sürətli yarış rekorduna yiyələnib.
Olimpnews.az xəbər verir ki, "Red Bull Rasinq"in niderlandlı pilotu Maks Ferstappen yarış məsafəsini 1 saat 13 dəqiqə 24 saniyəyə (orta sürəti 250,706 km/saat) qət edib. Qeyd edək ki, bundan əvvəl rekord 2003-cü ildə keçirilən İtaliya Qran-Prisinə məxsus idi. Həmin vaxt "Ferrari" təmsilçisi Mixael Şumaxer məsafəni 1 saat 14 dəqiqə 19 saniyəyə (orta sürəti 247,585 km/saat) qət edərək, çempion olmuşdu.
Xatırladaq ki, şənbə günü keçirilən sıralama mərhələsində Maks Ferstappen Formula 1 tarixində orta sürətlə ən sürətli dövrə vuraraq yeni rekord nümaiş etdirmişdi.