Bilyardın "Snuker" növü üzrə keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Bilyard Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışda birinci yerə Orxan Rzayev layiq görülüb. Fəxrəddin Həsənov gümüş medala sahib çıxıb. Bürünc medalara isə Turac Namazov və Azər Rzayev yiyələnib.