Futbol üzrə İtaliya millisi tarixdə ilk dəfə ardıcıl iki rəsmi oyunda 5 qol vurub.
Olimpnews.az xəbər verir ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 5-ci və 6-cı turlarının oyunlarında "Skuadra adzurra" Estoniya (5:0) və İsrail (5:4) yığmalarına qalib gəlib.
Məlumat üçün bildirək ki, İtaliya millisinin seçmə mərhələdə növbəti oyunu oktyabrın 11-də Estoniya ilə olacaq. I qrupunun cədvəlində İtaliya dörd oyundan sonra doqquz xalla ikinci yerdə qərarlaşıb. Gennaro Qattuzonun komanadsı lider Norveçdən üç xal geri qalır.