Beynəlxalq Avtomobil Federasiyasının (FIA) hazırkı prezidenti Məhəmməd bin Sulayem bu vəzifəyə yenidən namizədliyini irəli sürəcəyi barədə açıqlama verib. “PlanetF1” portalının məlumatına görə, Sulayem "Çox işlər görülüb. Əsas iş hələ qarşıdadır" şüarı ilə kampaniyaya başlayıb. Seçkilər dekabrın 12-də Daşkənddə keçiriləcək.