Astara Gənclər evinin qarşısında keçirilən “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, müxtəlif yaş kateqoriyasından olan şəxslər idmanın güləş, stolüstü tennis, şahmat, nərd, voleybol, uzunluğa tullanma, tibbi topun atılması, fitnes növləri üzrə məşğul olublar. Kütləvi açıq idman tədbirə 75 nəfər idmançı, 45 nəfər şəhər sakini və məşqçi-müəllimlər Cəbrayıl Məmmədov, Loğman Ağayev, Rəşad Əliyev, Samir Hacıyev, Mahir Abbasov, Astara Gənclər evinin əməkdaşları iştirak ediblər.
Məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olan tədbir Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutub.