Masallıda şəhərində Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə taekvondo, boks, sərbəst güləş, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun və idarənin nəzdində Masallı rayon UGİM-in kollektivi və rayon sakinlərin iştirak etdiyi kütləvi idman tədbirinin təşkilində məqsəd də əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsi təşkili edib.
Masallıda təşkil olunan idman tədbiri böyük maraqla qarşılanıb
